May 07, 2017 10:23 Asia/Baku
  • Parisin ətrafında silahlı hücum
    Parisin ətrafında silahlı hücum

Fransa prezident seçkilərinin ikinci raundu ərəfəsində bir nəfər Parisin ətrafında güllə ilə öldürülüb.

Frans-Press-in məlumatına görə, yerli medialar şənbə günü bildiriblər ki, naməlum şəxslərin Parisin ətrafındakı Plezir məntəqəsinə qarşı hücumunda bir nəfər  güllə ilə öldürülüb.

Fransa polisi də bildiribdir ki, bu ölkədə prezident seçkilərinin ikinci raundunun keçirilməsi ərəfəsində terror hücumu keçirməkdə şübhəli bilinən üç nəfəri təqib edibdir.

Şübhəlilərdən ikisi Belçika vətəndaşıdır. Digər şübhəli isə əfqanıstanlıdır.

Digər bir xəbərə görə, Parisdəki məlumatlı mənbələr bildiriblər ki, cümə günü Parisin şimalındakı "Evro" hava bazasında həbs olunmuş keçmiş fransız hərbçi etiraf edibdir ki, Suriyaya gedə bilmədiyi üçün Fransada İŞİD qrupu tərəfindən bir əməliyyat keçirmək istəyirmiş.

On il quru qoşunlarında xidmət göstərdikdən sonra 2013-cü ildə Fransa ordusunu tərk etmiş bu keçmiş hərbçi hərbi geyimdə və üstündə İŞİD-in əlaməti və müəyyən miqdarda silah və sursatla həbs olunubdur.

Teqlər