May 14, 2017 20:13 Asia/Baku
  • İtaliyalılar sionist rejimin cinayətlərinə etiraz edib
    İtaliyalılar sionist rejimin cinayətlərinə etiraz edib

Sionist hərbçilər Beytül-Müqəddəsdə bir İordaniya vətəndaşını şəhid ediblər. Məhəmməd əl-Qasaci soyuq silahla bir sionist hərbçiyə hücum etdikdən sonra sionist hərbçilər tərəfindən atəşə tutulub.

Sionistlər bir saat müddətinə xilasedicilərə 57 yaşlı Qasaciyə yaxınlaşmaq icazəsi verməyiblər. Əl-Qasaci ötən həftə turist vizası ilə işğal olunmuş Beytül-Müqəddəsə daxil olubmuş. O, Səid əl-Əmrdən sonra Beytül-Müqəddəsdə şəhid olan ikinci İordaniya vətəndaşıdır. Qüds intifazəsinə son qoymaq üzrə sionist rejimin səyi nəticə verməmiş, üstəlik onun cəhətləri qeyri-fələstinlilər arasında da yayılmışdır. İordan çayının qərb sahillərindən əldə olunan məlumatlara görə, sionist hərbçilər ötən gecə də 14 fələstinlini həbs ediblər. Bununla yanaşı İtaliyada sionist rejimin fələstinli əsirlərlə qeyri-insani davranışına etiraz əlaməti olaraq Romada yürüş keçirilib.

İtaliyalılar sionist rejimin fələstinli əsirlərlə qeyri-insani davranışına etiraz əlaməti olaraq Roma şəhərində yürüş keçiriblər. Yüzlərlə İtaliya vətəndaşı Romada yaşayan fələstinlilərlə birlikdə yanar şamları əllərində tutaraq Qüdsü işğal etmiş rejimin fələstinli məhbuslara qarşı cinayətlərinin davam etməsinə etiraz edib.

İtaliya vətəndaşı deyib: Biz əllərimizdə yanan şam və Fələstin bayrağını tutmaqla fələstinli məhbuslara dəstək və həmrəyliyimizi elan edirik. Biz təxminən 1 ay öncədən sionist rejim həbsxanalarında aclıq aksiyasına başlayan 1800-ə yaxın fələstinlinin sağlamlığından nigaranıq.

Etirazçılar həmçinin Qərb KİV-nin sionist rejimin cinayətlərinin davam etməsi qarşılığında sükut etməsini pisləyiblər.

Başqa bir italiyalı deyib: Doğrudan da utandırıcıdır ki, dünya, xüsusilə də insan haqları iddiasında olan qərbin Kütləvi İnformasiya Vasitələri İsraildə fələstinli məhbusların qeyri-insani şəraiti qarşısında sükut edirlər.

Etirazçılar bildiriblər ki, sionist rejim beynəlxalq dairələrin sükutu sayəsində fələstinlilərin həbsi və bu rejim həbsxanalarında onların hüquqlarının pozulmasını davam etdirir.

 

Teqlər