Kann Film Festivalı keçirilən bina təxliyə olunub
-
Kann Film Festivalı keçirilən bina təxliyə olunub
Fransanın Kann Film Festivalının təhlükəsizlik məmurları zallardan birində şübhəli çemodanın aşkarlandığına görə, binanı təxliyə ediblər.
İRNA-nın məlumatına görə, Kann Film Festivalı binasının Debuşi zalında şübhəli çemodanın aşkarlanması təhlükəsizlik məmurlarının terror aktı baş verməsi qorxusu ilə binanı təxliyə etməsinə səbəb olub.
Builkin Kann Film Festivalı terror aktı təhlükəsi ilə güclü təhlükəsizlik tədbirləri altında keçirilir. Məlumatlara görə, kino sənətinin bu önəmli olayının təhlükəsizliyi üçün milyonlarla dollar vəsait xərclənib.
13 dekabr 2015-ci ildə Parisdə, 2016-cı il 14 iyulda Nisdə terror aktları nəticəsində azı 210 nəfər dünyasını dəyişib.
Yaxın Şərq, xüsusilə də Suriyada yerləşən terror qruplaşmalarına kömək etməkdə heç bir səyi əsirgəməyən qərb ölkələri, o cümlədən Fransa hal-hazırda İŞİD-in avropalı üzvlərinin geri qayıtmaları və terror aktları törətmələri ilə üzləşmişdir.