Mançester terror hücumunda şübhəli bilinən 23 yaşlı gənc həbs olunub
https://azeri.sahartv.ir/news/dünya-i270236-mançester_terror_hücumunda_şübhəli_bilinən_23_yaşlı_gənc_həbs_olunub
İngiltərə polisi Mançester terror hücumu ilə bağlı bir nəfərin həbs olunmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 23, 2017 12:09 Asia/Baku
  • Mançester terror hücumunda şübhəli bilinən 23 yaşlı gənc həbs olunub

İngiltərə polisi Mançester terror hücumu ilə bağlı bir nəfərin həbs olunmasından xəbər verib.

Frans-Press-in məlumatına görə, İngiltərə polisi bu gün bir bəyanat yayaraq, bildirib ki, Mançesterin cənubunda 23 yaşlı bir kişini dünən gecə bu şəhərdə baş vermiş terror hadisəilə bağlı həbs edibdir.

Mançester şəhərinin üstüörtülü stadionu dünən gecə bir konsert proqramı zamanı hövlnak və dəhşətli bir partlayışın şahidi oldu.

Partlayış Aryana Qrendin konserti başa çatarkən baş verib. Bu zaman tamaşaçılar zalı tərk etməkdə imişlər.

Mançester terror hücumu nəticəsində 22 ölüb, 59 nəfər də yaralanıbdır.