Şimali Koreya ballistik raket sınayıb
Cənubi Koreya ordusunun baş qərargahı bildirib ki, Şimali Koreya bu gün səhərçağı bir ədəd ballistik raketi Vonsan sahil şəhərindən atıb.
FransPress-in verdiyi məlumata görə, Cənubi Koreyanın prezidenti Mun Çje İn Pxenyanın bu hərəkətinin araşdırılması üçün ölkəsinin Milli Təhlükəsizlik Şurasını dərhal iclas keçirməyə çağırıb.
Dünən də Şimali Koreya yeni havadan müdafiə sistemini sınaqdan keçirdi. Həmin əməliyyata ölkə rəhbəri Kim Conq Unun nəzarət etdiyi deyilir.
İndiyədək ABŞ və BMT Təhlükəsizlik Şurasının Ş.Koreyaya qarşı təkrar sanksiyaları bu ölkənin nüvə və raket silahları istiqamətindəki avanturalarına son qoya bilməmişdir.
Tramp Ş.Koreyanı hərbi hücumla hədələyib və Koreya yarımadasına tərəf hərbi dəniz qrupu göndərib.
Vaşinqton daima Şimali Koreyanın hərbi və nüvə sınaqlarının dayandırılmasını istəyir. Amma Pxenyan dəfələrlə bildirib ki, ABŞ və onun müttəfiqləri Ş.Koreyaya qarşı hədə-qorxularını davam etdirincə bu ölkə də özünün hərbi gücünü və önləyici qabiliyyətlərini artırmağa çalışacaq.