C.Koreya və ABŞ birgə manevr keçiriblər
-
C.Koreya və ABŞ birgə manevr keçiriblər
Cənubi Koreya hökuməti bir ədəd səsdən sürətli bombardmançı təyyarə ilə yanaşı Amerika ilə birgə manevr keçirməsindən xəbər verib.
Röyters-in məlumatına görə, Cənubi Koreya Müdafiə Nazirliyinin sözçüsü Mun San Qiyun deyib ki, bu müştərək manevr B-1B Lanser (B-1B Lancer) tipli bir amerikan bombardmançı ilə bazar ertəsi günü həyata keçirilib. O, bu haqda artıq təfərrüat verməkdən çəkinibdir.
Cənubi Koreya hökuməti Amerika ilə birgə manevrin keçirməsi xəbərini Şimali Koreyanın Amerikanı Koreya yarımadasına atom bombaları atmaq hədəfilə manevr keçirməkdə ittiham etməsindən sonra yayıbdır.
Pxenyan dəfələrlə vurğulayıbdır ki, Amerikanın və onun müttəfiqlərinin Şimali Koreyaya qarşı hədələrini davam etdirəcəkləri zamanadək bu ölkə də özünün önləyici hücum qüdrətini artırmağı və hərbi qabiliyyətlərini gücləndirməyi davam etdirəcəkdir.