İyun 05, 2017 10:58 Asia/Baku
  • Antonio Quterreş
    Antonio Quterreş

BMT baş katibi Antonio Quterreş Britaniya paytaxtı Londondakı son terror aktlarını sərt şəkildə qınayıb.

Sin-Xoa İnformasiya Agentliyinin məlumatına görə, BMT baş katibinin sözçüsü Stefan Dojarrik bir bəyanatda bildirib: Antonio Quterreş Britaniya dövləti və xalqının dərdinə şərik çıxaraq bu aktlarda həlak olanların ailələrinə başsağlığı verir və yaralıların dərhal sağalması üçün səy göstərilməsini istəyir. 

Quterreş həmçinin bildirib: Bu terror aktlarında əlləri olanlar həbs olunmalı və ədalətə tapşırılmalıdır. 

Bu arada İŞİD terror qruplaşması ötən şənbə Londonda terror aktlarının məsuliyyətini öz üzərinə götürüb. 

İŞİD üzvləri şənbə gecə Londonda avtomobil və soyuq silahdan istifadə edərək London Körpüsü adlanan ərazidə insanlara hücum ediblər. Hücumlar nəticəsində 7 nəfər həlak olub, onlarla nəfər yaralanıb. 

Britaniya hökuməti bildirib: İndiyə qədər bu hücumlarda şübhəli bilinən 12 nəfər saxlanılıb. 

Teqlər