Tramp sadəcə ABŞ-ın iqtisadi gəlirlərini artırmaq haqda düşünür
-
Tramp sadəcə ABŞ-ın iqtisadi gəlirlərini artırmaq haqda düşünür
Saləddin Allahverdiyev: Tramp sadəcə ABŞ-ın iqtisadi maraqlarını düşünür.
Azərbaycanlı hüquqşünas Saləddin Allahverdiyev Beynəlxalq Səhər Kanalının Azəri televiziyasının "Hüquqi Aspekt" verilişi ilə canlı telefon bağlantısında deyib: ABŞ-ın iqlim dəyişiklikləri üzrə Paris anlaşmasından çıxmaq qərarı Amerika və bəşəriyyətin zərərinə atılmış bir addımdır.
Saləddini Allahverdiyev əlavə edib: Tramp hökumətinin ekologiya və ətraf mühitin qorunmasına laqeyd münasibət bəsləməsi düşündürücüdür.
Azərbaycanlı hüquqşünas ekologiyanın və ətraf mühitin mühafizəsi üzrə bütün ölkələr və insanların əməkdaşlıq etməli olduğunu deyərək, əlavə edib: Təəssüflər olsun ki, Tramp bu böhrandan xilas olmaq üçün hansısa məntiqli həll yolu ardınca deyil. Və sadəcə Amerikanın iqtisadi gəlirlərinin artırılması barədə düşünür.
Saləddin Allahverdiyev sonda deyib: ABŞ-ın Ərəbistana silah satması bir daha sübut etdi ki, ekologiyanın mühafizəsi amerikalılar üçün önəm kəsb etmir və onları maraqlandıran yeganə məsələ iqtisadi gəlirdir.