Wall Street Journal:
Netanyahu BMT-də hər zamankından daha çox təcrid olunmuşdu
“Wall Street Journal” qəzeti Netanyahunun bu il BMT-də iştirakını onun siyasi təcridinin daha da dərinləşməsinin göstəricisi kimi qiymətləndirib.
Amerikanın “Wall Street Journal” qəzeti yazıb ki, sionist rejimin baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasında çıxış edərkən hər zamankından daha çox siyasi təcridlə üzləşib; bu vəziyyət daxili seçkilərin yaxınlaşması, beynəlxalq tənqidlərin artması və Donald Tramp administrasiyası ilə münasibətlərin gərginləşməsi fonunda baş verib. Qəzet vurğulayıb ki, Netanyahu əvvəlki illərdə BMT Baş Assambleyasındakı iştirakından bu təşkilata qarşı sərt hücumlar həyata keçirmək üçün istifadə etdiyi halda, onun bu ilki iştirakı hər şeydən əvvəl onun çətin siyasi vəziyyətini önə çıxardı.Netanyahu-nun çıxışı başladığı anda bir sıra nümayəndə heyətləri və iştirakçılar sionist rejimin siyasətlərinə etiraz əlaməti olaraq, zalı tərk ediblər.