Rusiyali hakerlər 21 ştatda seçki komissiyalarının sistemlərinə hücum ediblər
https://azeri.sahartv.ir/news/dünya-i273788-rusiyali_hakerlər_21_ştatda_seçki_komissiyalarının_sistemlərinə_hücum_ediblər
ABŞ-da 2016-cı il prezident seçkiləri ərəfəsində rusiyali hakerlər 21 ştatda seçki komissiyalarının sistemlərinə hücum ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 22, 2017 04:50 Asia/Baku
  • Hakerlər hücumu
    Hakerlər hücumu

ABŞ-da 2016-cı il prezident seçkiləri ərəfəsində rusiyali hakerlər 21 ştatda seçki komissiyalarının sistemlərinə hücum ediblər.

Bunu ABŞ Daxili təhlükəsizlik nazirliyinin kibertəhlükəsizlik və kommunikasiya bölməsinin rəsmisi Janet Manfra bəyan edib.

 

“Seçki ərəfəsində 21 ştatda seçkilərə aid sistemlərin hücuma məruz qalması ilə bağlı kifayət qədər dəlil-sübutumuz var”, deyə Senatın kəşfiyyat üzrə xüsusi komitəsində çıxış edən J.Manfra bildirib.

 

Ştatların adlarını çəkməyən nazirlik rəsmisi qeyd edib ki, həmin ştatların seçki orqanları  kiberhucumlar barədə məlumatlı olub.