İyul 01, 2017 12:06 Asia/Baku
  • ABŞ prezidenti Donald Tramp
    ABŞ prezidenti Donald Tramp

ABŞ prezidenti Donald Tramp Cənubi Koreyadan olan həmkarı ilə Ağ Evdə keçirdiyi birgə mətbuat konfransında bir daha Cənubi Koreya ilə insaflı ticarət razılaşması və Cənubi Koreya dövlətinin Amerikanın bu ölkədəki hərbi iştirakı xərcinin bir hissəsini ödəməli olması vacibliyini vurğulayıbdır.

CNN telekanalının məlumatına görə, ABŞ prezidenti deyib: Amerikanın Cənubi Koreyadakı hərbi iştirakı xərclərinin bir hissəsini qəbul etmək böyük əhəmiyyət kəsb edir və çox mühüm bir amildir və bu dövlətdə özünü daha artıq göstərmiş olur.

Tramp deyib: Həmçinin onunla bağlı əlaqələr və iqtisadi maraqlar ikitərəfli olmalıdır. Koreyalı avtomobilqayırma şirkətləri öz məhsullarını Amerikada satırlar. Amerikalı şirkətlər də məhz bu imtiyaza malik olmalıdırlar və mən əminəm ki, bu məsələ üzərində də işləyə bilərik. Həmçinin metallolom məsələsi də Cənubi Koreya ilə müzakirə etməli olacağımız digər hallardandır. Zira hazırkı gedişat amerikalı fəhlələrin xeyrinə deyildir. Əminik ki, həm Cənubi Koreyanın, həm də Amerikanın xeyrinə olacaq bir razılaşma əldə edəcəyik.

 

Teqlər