Bir ingilis həkim müalicə zamanı 118 halda əxlaqsızlıq etməkdə ittiham olunub
Londonda yaşayan bir ingilis həkim doqquz il təbiblik dövründə 118 halda zorlama və cinsi sui-istifadədə ittiham edilib.
Londonda çıxan Qardian qəzetinin yazdığında görə, İngiltərə polisi bildirib ki, Londonun şərqində yaşayan bir ümumi praktika həkimi 2004-2013-cü illər arasında öz xəstələrini müalicə edərkən ya onları zorlamış, ya da ki, onlardan cinsi sui-istifadələr etmişdir.
İngiltərə milli müalicə xidmətləri xalqın ixtiyarına bir telefon nömrəsi qoyubdur ki, əgər bir şəxs və ya şəxslər Ramford sakini olan bu həkim ilə bağlı nəsə demək istəyirlərsə, həmin nömrəyə müraciət etmiş olsunlar.
İngiltərənin ədliyyə nazirliyi tərəfindən 2013-cü ildə yayılmış bu ölkədə cinsi pozğunluqların icmal surətdə araşdırılmasına dair hesabatda verilən statistikalara əsasən, bu ölkədə təqribən 85 min cinsi təcavüz baş verib. Bu istiqamətdə qadınlar və qızlara qarşı 73 min, kişilərə qarşı isə 12 min təcavüz halı baş veribdir. Bu statistikalar həmçinin İngiltərədə gündə 230 zorlama halının baş verməsindən xəbər verir.