Avq 03, 2017 15:51 Asia/Baku
  • Pakistanın nəzarəti altda olan Kəşmirin prezidenti İnqilab Rəhbərinə və İran xalqına təşəkkür edib
    Pakistanın nəzarəti altda olan Kəşmirin prezidenti İnqilab Rəhbərinə və İran xalqına təşəkkür edib

Pakistanın nəzarəti altında olan Kəşmirin prezidenti İslam İnqilabının Böyük Rəhbərinin və İran xalqının Kəşmir xalqını himayə etmələrini yüksək dəyərləndirərək, onu kəşmirlilər üçün bir dayaq mənbəyi adlandırıbdır.

Təsnim xəbər agentliyinin məlumatına görə, Sərdar Məsud Xan vurğulayıb: Pakistanın nəzarəti altında olan Kəşmirin xalqı İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin və İran xalqının mənəvi himayələrinə görə, minnətdardır.

Sərdar Məsud Xan deyib: İslam İnqilabının Böyük Rəhbərinin çıxışı və İran xalqının müşayiəti səbəb olur ki, Kəşmir xalqının ürəyi arxayın və Hindistan ordusunun hücumları vasitəsilə yaranan çoxlu sayda çətinliklər qarşısında daha da müqavimətli olmuş olsun. 

O, ümidvarlıq edibdir ki, dünyanın digər ölklələri də İrandan ülgü götürərək, məzlum Kəşmir müsəlmanlarını himayə edəcək və onların bundan artıq qurbanlıq verməmələri üçün ayağa qalxacaqlar.

Bundan öncə də Kəşmirdə "Hüriyyət Konfransı"nın başçıları İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin səadətli Fitr bayramında Pakistanın nəzarəti altında olan Kəşmirin xalqını himayə barədəki bəyanatını rəğbətlə qarşılamışdılar.

Teqlər