Nansi Plusi Tramp əleyhinə sərt mövqe sərgilədi
-
Nansi Plusi Tramp əleyhinə sərt mövqe sərgilədi
ABŞ Nümayəndələr Palatası azlıqlarının rəhbəri bu ölkə prezidentinin səhiyyə proqramlarının amerikalıların həyatında de-stabilliyə səbəb olacağını bildirib.
İRNA-nın məlumatına görə, ABŞ Nümayəndələr Palatası azlıqlarının rəhbəri Nansi Plusi cümə günü öz Twitter səhifəsində bu ölkə prezidenti Donald Trampın səhiyyə proqramını sərt tənqid edərək yazıb: Amerikalı ailələr öz həyatlarında stabillik istəyirlər.
Nansi Plusi yazıb: ABŞ hökuməti vətəndaşlara zərbə vurmağı dayandırmalı və sığorta xərclərini minimum səviyyədə saxlamalıdır.
ABŞ Nümayəndələr Palatasının demokrat senatoru Tim Kain də bundan öncə sabiq prezident Barak Obamanın səhiyyə sığortası üzrə ObamaCare layihəsinin alternativi olan layihəni sərt tənqid edib və deyib: Bu layihə amerikalı ailələrin həyatını məhv edəcək.
Yeni rəy sorğusunun nəticələrinə görə, amerikalıların 52% hazırda ObamaCare tibbi sığorta layihəsini dəstəkləyir.