Sen 30, 2017 21:36 Asia/Baku
  • Kəşmirdə əzadarlara hücum pislənilib
    Kəşmirdə əzadarlara hücum pislənilib

Kəşmirin Hürriyyət Konfransı rəhbərləri Hindistan nəzarətində olan Kəşmirdə hindistanlı təhlükəsizlik qüvvələrinin Hüseyn (ə) əzadarlarına hücumunu pisləyiblər.

Səhər-in urdu dilli radio və televiziyasının məlumatına görə, Kəşmirin Hürriyyət Konfransı rəhbərlərindən Seyid Əli Gilani, Mirvaiz Mövləvi Ömər Faruq və Yasin Məlik Hindistan təhlükəsizlik qüvvələrinin Hüseyn (ə) əzadarlarına hücumunu pisləyərək bildiriblər ki, bu hücum və Həzrət İmam Hüseyn (ə) əzadarlığının keçirilməsinə icazənin verilməməsi din və məzhəbdə müdaxilədir. 

Hindistan təhlükəsizlik qüvvələri ötən gün Kəşmirin Srinqer şəhərində Hüseyn (ə) əzadarlarına hücum ediblər. 

Bu hücumda bir qrup əzadar saxlanılıb və yaralanıb. 

Yeni Dehli Hindistnanın nəzarətində olan Kəşmirdə istənilən dini toplantını qadağan edib. 

Yeni Dehli iddia edir ki, bu bölgə sakinlərinin əzadarlığı hökumət əleyhinə aksiyalara çevriləcək. 

İnsan haqları tərəfdarı olan qruplar Hindistan hökumətinin Məhərrəm ayı mərasimlərinin keçirilməsini qadağan etməsini pisləyib və bildiriblər ki, bu hərəkət dini və ictimai azadlıqları pozur. 

Hindistan ötən üç dekada ərzində Kəşmirdə təxminən 68 min müsəlmanı qətlə yetirmişdir. 

Teqlər