Vendi Şerman İranla nüvə razılaşmasını yenidən müdafiə etdi
-
Vendi Şerman İranla nüvə razılaşmasını yenidən müdafiə etdi
ABŞ Dövlət Departamentinin sabiq diplomatı deyib ki, əgər bu ölkə prezidenti İranın nüvə anlaşmasına sadiq qalmasını təsdiq etməkdən imtina edərsə, bu zaman Şimali Koreya ilə əlaqələri daha da pisləşdirmiş olacaqdır.
Vendi Şerman əlavə edib: Əgər ABŞ prezidenti Donald Tramp İranın nüvə anlaşmasına sadiq qalmasını təsdiq etməz və onu konqresə həvalə edərsə, bu addımın mənfi təsiləri olacaqdır.
Şerman soruşub: Əgər Tramp İranın nüvə anlaşmasına sadiq qalmasını elan etməyəcəkcə, nə üçün Şimali Koreya Amerika ilə danışıqlara girsin?
İran ilə altılıq qrupu arasındakı nüvə müzakirələrində Amerikanın baş müzakirəçisi olmuş Şerman ABŞ prezidentinin İranın nüvə anlaşmasına sadiq qalmasını rədd etmək üzrə hədələrinə işarə edərək, bildirib ki, İranın sədaqətinin təsdiq olunmaması etimadsızlığa yol açacaqdır.
Tramp 2017-ci il oktyabrın 12-də nüvə anlaşması barədəki qərarını, həmçinin öz dövlətinin İran qarşısındakı əhatəli strategiyasını elan etməlidir.