İtaliya və Almaniya başçılarının Trampın anti-İran sözlərinə reaksiyaları
-
İtaliya və Almaniya başçılarının Trampın anti-İran sözlərinə reaksiyaları
İtaliyanın baş naziri ABŞ prezidenti Donald Trampın İranla bağlı sözlərinə reaksiya olaraq deyib: İtaliya hökuməti Fransa, Almaniya və Britaniya dövlət başçılarının Trampın qərarının mənfi nəticələri ilə bağlı nigaranlıqlarını bölüşür.
İRNA-nın verdiyi məlumata görə, Paulo Centilyoni deyib: BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 2231 saylı qətnamə ilə təsdiq edilmiş İran ilə nüvə anlaşmasını qorumaq müştərək milli təhlükəsizlik maraqları ilə üst-üstə düşür.
Almaniyanın xarici işlər naziri Ziqmar Qabriyel də Avropa ölkələri və Avropa Birliyinin İran ilə nüvə anlaşmasını dəstəklədiklərini vurğulayıb və deyib: AB qarşıdan gələn həftələr ərzində ABŞ Konqresini nüvə anlaşmasını qorumağa razı salmağa çalışacaq.
Ziqmar Qabriyel həmçinin, deyib: İran və 5+1 qrupu arasındakı nüvə anlaşmasını məhv etmək artıq heç bir ölkənin bu kimi anlaşmalara bel bağlamamalı olduğu anlamına gəlir.