Trampın miqrasiya ilə bağlı yeni qanunu da donduruldu
https://azeri.sahartv.ir/news/dünya-i285389-trampın_miqrasiya_ilə_bağlı_yeni_qanunu_da_donduruldu
ABŞ-ın Havay Ştatında bir federal məhkəmə hakimi çərşənbə axşamı prezident Donald Trampın miqrasiya ilə bağlı yeni qərarını qeyri-qanuni adlandırıb və onun icrasını önləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 18, 2017 07:25 Asia/Baku
  • Trampın miqrasiya ilə bağlı yeni qanunu da donduruldu

ABŞ-ın Havay Ştatında bir federal məhkəmə hakimi çərşənbə axşamı prezident Donald Trampın miqrasiya ilə bağlı yeni qərarını qeyri-qanuni adlandırıb və onun icrasını önləyib.

İRİB-nin verdiyi məlumata görə, federal məhkəmə hakimi Derrik Vatson ABŞ prezidentinin miqrasiya ilə bağlı yeni qərarının icrasını, icraya qoyulmasından cəmi bir neçə gün sonra durdurub. 

Derrik Vatson deyib: Trampın miqrasiya ilə bağlı yeni qərarı ABŞ-ın miqrasiya ilə bağlı federal qanunlarına ziddir. 

ABŞ prezidenti Donald Tramp 25 sentyabrda bildirmişdi ki, Şimali Koreya, Çad, İran, Liviya, Somali, Suriya, Venesuela və Yəmən vətəndaşları Birləşmiş Ştatlara səfərlə bağlı məhdudiyyətlər ilə üzləşəcəklər. 

Trampın miqrasiya ilə bağlı yeni qərarı bu xüsusda verilmiş 3-cü qərar idi.