Ruhinqa müsəlmanlarına 430 milyon dollar yardım
Avropa Birliyi və Küveytin təşəbbüsü ilə təşkil edilən fövqəladə iclasda Myanmadan didərgin düşmüş Ruhinqa müsəlmanlarına yardım məqsədi ilə 430 milyon dollar vəsait ayrılıb.
İRNA-nın məlumatına görə, BMT-nin İnsan Haqları Məsələləri üzrə Koordinasiya Ofisinin rəhbəri Mark Lovkok bazar ertəsi günü Cenevrədə keçirilən bu iclasda Myanma müsəlmanlarının durumunu faciəli adlandırıb və deyib: Myanma dövləti Ruhinqa müsəlmanlarına humanitar yardımların göndərilməsinə mane olur.
BMT baş katibinin müavini Cefri Feltman da çərşənbə axşamı Myanmada bu ölkə başçılarını Ruhinqa müsəlmanlarına humanitar yardımların göndərilməsinə mane olduqları üçün tənqid etmişdi.
Bəzi beynəlxalq təşkilatlar və İran İslam Respublikası daxil olmaqla bəzi ölkələr sadəcə Banqladeşə sığınan Ruhinqa müsəlmanlarına humanitar yardım göndərə biliblər.