Paris: Hamı nüvə anlaşmasına sadiq olsun
https://azeri.sahartv.ir/news/dünya-i285685-paris_hamı_nüvə_anlaşmasına_sadiq_olsun
Fransanın avropa və xarici işlər naziri əvəzi dünən gecə İranın Parisdəki səfiri Əbulqasem Delfi ilə görüşdə iki ölkə əlaqələrinin genişləndirilməsini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 25, 2017 06:17 Asia/Baku
  • Paris: Hamı nüvə anlaşmasına sadiq olsun
    Paris: Hamı nüvə anlaşmasına sadiq olsun

Fransanın avropa və xarici işlər naziri əvəzi dünən gecə İranın Parisdəki səfiri Əbulqasem Delfi ilə görüşdə iki ölkə əlaqələrinin genişləndirilməsini vurğulayıb.

IRNA-nın məlumatına görə, Qordo Montayn həmçinin İranın nüvə anlaşmasına sadiq qalmasına işarə edərək, Parisin bu anlaşmanın tam icrası üzrə prioritetini sadalayıb.

Fransanın avropa və xarici işlər naziri əvəzi nüvə anlaşması üzrə bütün tərəflərdən istəyibdir ki, İranla beynəlxalq nüvə anlaşmasına sadiq qalsınlar.

Əbulqasem Delfi də bu görüşdə İranın nüvə anlaşmasına sadiq qalmasına işarə edərək, Avropa Birliyi və Fransanın bu beynəlxalq anlaşmanın qorunması və icrasındakı rolunun önəmini vurğulayıb.

Fransa prezidenti Emmanuel Makron da son zamanlar İran prezidenti Həsən Ruhani ilə telefon danışığında Trampın İrana və nüvə anlaşmasına qarşı mövqelərinə məhəl qoymadan vurğulayıb: Avropa Birliyi və Fransa qəti şəkildə nüvə anlaşmasını müdafiə edir və onun tam şəkildə icrasına sadiqdirlər.