Tramp Meyə reaksiya verdi
https://azeri.sahartv.ir/news/dünya-i287885-tramp_meyə_reaksiya_verdi
Britaniya baş naziri ABŞ prezidenti Donald Trampın Twitter səhifəsində islam əleyhinə bir neçə videosunu yaymasını tənqid edib. Tramp isə bu məsələyə reaksiya verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 30, 2017 13:38 Asia/Baku
  • Tramp Meyə reaksiya verdi
    Tramp Meyə reaksiya verdi

Britaniya baş naziri ABŞ prezidenti Donald Trampın Twitter səhifəsində islam əleyhinə bir neçə videosunu yaymasını tənqid edib. Tramp isə bu məsələyə reaksiya verib.

İRNA-nın məlumatına görə, Donald Tramp Britaniya baş naziri Tereza Meyə xitabən öz Twitter səhifəsində yazıb: "Mənə baxma, fikrin Britaniyada kök atmış terrorçularda olsun; Bizim vəziyyətimiz yaxşıdır". 

Məlumata görə, Britaniya baş nazirinin sözçüsü  Donald Trampın Britaniyada radikal və sağçı partiyanın yüksək səviyyəli üzvünün videolarını öz Twitter səhifəsində yayamasını yanlış hərəkət adlandırıb. 

Donald Trampın müsəlmanlar əleyhinə hərəkəti Britaniyada qalmaqala səbəb olub. 

Britaniya Leyboristlər partiyasının rəhbəri Ceremi Korbin də öz Twitter səhifəsində yazıb: Trampın iyrənc hərəkəti ictimaiyyət üçün hədədir. 

Bu arada Britaniya Kontrberri Kilsəsinin baş yepiskopu Castin Velbi sərt bir bəyanat verərək Donald Trampın islam əleyhinə videoları yayımlamasını tənqid edib və onun irqçilik əleyhinə şəffaf mövqe sərgiləməsini istəyib. 

Tramp çərşənbə günü Britaniya First (Britaniya 1-ci) radikal və sağçı partiyasının sədr əvəzi Jayda Fransenin səhivəsində yayımlanan islam əleyhinə bir neçə video-kadrı öz Twitter səhifəsində yayımlayıb. 

Bu videolardan birində izləyiciyə belə çatdırılır ki, zahirdə müsəlman bir miqrant hollandiyalı əlil bir gənci vəhşicəsinə döyür.