Trampın müsəlmanlarla düşmənçiliyi
https://azeri.sahartv.ir/news/dünya-i288027-trampın_müsəlmanlarla_düşmənçiliyi
ABŞ prezidentinin son hərəkəti onun müsəlmanlara düşmənçilik mövqeyi sərgilədiyini əks etdirir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 02, 2017 08:31 Asia/Baku
  • Trampın müsəlmanlarla düşmənçiliyi
    Trampın müsəlmanlarla düşmənçiliyi

ABŞ prezidentinin son hərəkəti onun müsəlmanlara düşmənçilik mövqeyi sərgilədiyini əks etdirir.

Əl-Cəzirə televiziyasının məlumatına görə, İngiltərə baş naziri Tereza Meyin ABŞ prezidenti Donald Trampın Twitter sosial-ictimai şəbəkədə müsəlmanlar əleyhinə məlumatlar dərc etməsini yanlış adlandırdığı halda, BMT insan haqları komissarı Zeyd Bin Rəd əl-Hüseyn Trampın hərəkətinə dolayısı ilə toxunaraq Twitter-də nifrət dolu məlumatlar dərc edən populistləri qınayıb. 

Od alovları sönməyə başladığı vaxtlarda ABŞ prezidenti Twitter-də məlumat dərc edərək yeni qarşılaşma odunu alovlandırır. Tramp bu dəfə özü məlumat dərc etmədi, İngiltərənin bir radikal təşkilatının müsəlmanlar əleyhinə video-kadrlarını öz səhifəsində yayımladı. İngiltərə dərhal bu hərəkətə reaksiya verdi və Terezam Mey həmin hərəkəti yanlışlıq adlandırdı. Twitter-in Trampın qarşılaşmaq üçün sevdiyi məkan olduğnu nəzərə alaraq, o töhmət xarakterli yeni məlumat dərc edərək Tereza Meydən ona diqqət yetirmək əvəzinə, İngiltərədə radial islam terrorizminə diqqət yetirməsini istəyib. 

Bu məsələ Tereza Meyin İordaniyada mətbuat konfransında öz mövqeyini vurğulamasına mane olmadı. 

İslam və ABŞ Əlaqələr Şurasının sədri Nihad Əvəz deyib: Təəssüflər olsun ki, o tərəfdarlarını razı salmağa çalışır. O, ağdərililərin üstünlüyünə inanan kiçik azlıqlara yaxınlaşır. Biz Ağ Evdə belə bir prezidentin olmasını istəmirik. 

Hazırda analitiklər belə bir sual soruşurlar: Müsəlmanlarla öz düşmənçiliyini gizlətməyən qrupun məlumatlarını yenidən yaymaq onlarla birgə mövqedə olmaq mənasında deyilmi?