Trampı dəstəkləyən televiziya saxta xəbərlər mükafatının qalibi oldu
https://azeri.sahartv.ir/news/dünya-i288087-trampı_dəstəkləyən_televiziya_saxta_xəbərlər_mükafatının_qalibi_oldu
Bir rəy sorğusunun nəticələrinə əsasən, ABŞ prezidentinin əsas tərəfdarı Fax News xəbər televiziyası bu ölkə vətəndaşlarının baxışına əsasən saxta xəbərlər yayan mükafatının qalibi olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 02, 2017 18:02 Asia/Baku
  • Trampı dəstəkləyən televiziya saxta xəbərlər mükafatının qalibi oldu
    Trampı dəstəkləyən televiziya saxta xəbərlər mükafatının qalibi oldu

Bir rəy sorğusunun nəticələrinə əsasən, ABŞ prezidentinin əsas tərəfdarı Fax News xəbər televiziyası bu ölkə vətəndaşlarının baxışına əsasən saxta xəbərlər yayan mükafatının qalibi olub.

İndependent qəzetinin yazdığına görə, sağçı Rasmusen müəssisəsinin rəy soğrusuna əsasən, bir çox insan düşünür ki, ABŞ prezidenti Donald Trampın əsas tərəfdarı olan Fax News ilin saxta xəbərlərini yayan mükafatının qalibi olmalıdır.

Bu rəy sorğusunun nəticələrinə görə, respondentlərin 40% təsdiqləyib ki, Fax News ən pis televiziyadır və 23% isə CNN-in bu mükafatı almasını düşünür.

MSNBC xəbər televiziyası da 9%-lə üçüncü yeri tutub.

Rasmusen rəy sorğusu elə bir halda yayımlanıb ki, Tramp Fax News xəbər telefiziyasının fəaliyyətlərinin onun xeyrinə olduğunu düşünür və onu ən dəqiqlərindən biri olaraq xatırlayıb.

Bu rəy sorğusu 28-29 noyabrda 1000 nəfər arasında keçirilib.

Donald Tramp Ağ Evə daxil olduğu zamandan medialar, o cümlədən CNN televiziyası ilə gərgin əlaqələrə malik olmuşdur.