Dek 11, 2017 16:31 Asia/Baku
  • Moqerini deyib ki, Brüssel Qüdsü sionist rejimin paytaxtı kimi tanımayacaq
    Moqerini deyib ki, Brüssel Qüdsü sionist rejimin paytaxtı kimi tanımayacaq

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi sionist rejimin baş naziri ilə birgə mətbuat konfransında bildirib ki, Avropa İttifaqı Qüdsü sionist rejimin paytaxtı kimi tanımayacaq.

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini Brüsseldə sionist rejimin baş naziri Benyamin Netanyahunun qarşısında xəbərdarlıq edib ki, bu barədə ən pis ssenari, öncə müqəddəs mərkəzlərdə və regionda zorakılıq və gərginliyin şiddətlənməsidir.

Moqerini əlavə edib: Bu, regionda ekstremistlərə bir hədiyyədir.

Bu mətbuat konfransında Netanyahu da iddia edibdir ki, Avropa Birliyinə üzv ölkələrin əksər hissəsi Qüdsü sionist rejimin paytaxtı kimi tanıyacaq.

Belə bir halda, əksər avropalı ölkələr Amerikanın işğal olunmuş Qüdsü sionist rejimin paytaxtı kimi tanımağa dair son qərarını pisləyiblər.

ABŞ prezidenti Donald Tramp dekabrın altısında geniş regional və beynəlxalq müxalifətlərə rəğmən, bildirdi ki, Vaşinqton rəsmi şəkildə Qüdsü İsrail rejiminin paytaxtı kimi tanıyır və öz səfirliyini bu şəhərə köçürəcəkdir.

Teqlər