Yeni milad ili mərasiminin təhlükəsizliyinin təmini üçün Fransada qüvvələr səfərbər olunur
https://azeri.sahartv.ir/news/dünya-i290089-yeni_milad_ili_mərasiminin_təhlükəsizliyinin_təmini_üçün_fransada_qüvvələr_səfərbər_olunur
Yeni milad ili mərasiminin təhlükəsizliyini təmin etmək üçün bütün Fransada yüz minə yaxın təhlükəsizlik qüvvəsi səfərbər olunacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 23, 2017 12:08 Asia/Baku
  • Yeni milad ili mərasiminin təhlükəsizliyinin təmini üçün Fransada qüvvələr səfərbər olunur
    Yeni milad ili mərasiminin təhlükəsizliyinin təmini üçün Fransada qüvvələr səfərbər olunur

Yeni milad ili mərasiminin təhlükəsizliyini təmin etmək üçün bütün Fransada yüz minə yaxın təhlükəsizlik qüvvəsi səfərbər olunacaq.

Bu qüvvələr terror hücumlarına mane olmaq üçün xüsusən turizm mərkəzlərində və kilsələrdə yerləşəcəklər.

Fransanın daxili işlər naziri Jerar Kollomb dünən gecə bildirib ki, yeni milad ili mərasiminin təhlükəsizliyini təmin etmək üçün bu ölkənin müxtəlif nöqtələrində 54 min polis, 36 min jandarm və anti-terrorizm əməliyyatları üzrə təlim görmüş 7 min hərbçi yerləşdiriləcək.

Fransanın daxili işlər naziri əlavə edib: Yeni milad ili şənlikləri zamanı terror hücumlarının baş verməsi təhlükəsi yuxarıdır.

2015-ci ildən bəri Fransada terror hücumları nəticəsində 241 nəfər ölüb.

İngiltərə və Almaniyanın başçıları da son günlər milad bazarlarında təhlükəsizlik səviyyəsini artırmaq üçün bu ölkələrin müxtəlif məntəqələrində təhlükəsizlik tədbirlərini şiddətləndiriblər.