Yan 13, 2018 20:06 Asia/Baku
  • Camo-Kəşmir bölgəsini etiraz və tətillər bürüdü
    Camo-Kəşmir bölgəsini etiraz və tətillər bürüdü

Camo və Kəşmir bölgəsində etiraz aksiyaları və tətillər geniş vüsət alıb.

İranın Hindu dilində yayımlanan radiosunun verdiyi məlumata görə, Hindistanın nəzarətində olan Kəşmirdə əhali bu gün təhlükəsizlik qüvvələrinin müsəlmanlara qarşı repressiv hərəkətləri və həbsləri davam etdirmələrinə qarşı etiraz aksiyası keçirib. 

Aksiya Hindistan təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə qarşıdurmaya gətirib çıxarıb və nəticədə bir neçə aksiyaçı yaralanıb yaxud həbs edilib. 

Başqa məlumata görə, Camo-Kəşmirdə bu gün təhsil və ticarət mərkəzləri və bazar tətil olduğundan əhalinin normal yaşayışı təsir altına düşmüşdür. 

Tətillər Kəşmirin Hürriyyət Konfransının rəhbərlərinin dəvəti ilə Mudi hökumətinin kəşmirli müsəlmanlara qarşı təcavüzkar siyasətlərinə etiraz əlaməti olaraq həyata keçirilir. 

Son aylarda Hindistanın təhlükəsizlik qüvvələri hürriyyət konfransının bəzi rəhbərlərini həbs ediblər. 

Hürriyyət Konfransının rəhbərlərindən olan Seyid Əli Şah Gilani, Mir Vaiz Ömər Faruq, Yasin Məlik həbslərin artmasını Hindistan dövləti tərəfindən siyasi intiqam adlandırıb və bildiriblər ki, Yeni Dehli Kəşmir xalqına qarşı repressiyaları son dərəcə gücləndirib. 

Hürriyyət Konfransının rəhbərləri dəfələrlə bildiriblər ki, kəşmirlilərin tələbləri yerinə yetirilməyincə onların Hindistanın baş naziri Narenda Modiyə qarşı mübarizələri davam edəcək.

Kəşmir əhalisi BMT TŞ -nin bu bölgənin taleyinin müəyyənləşməsi üçün referendumun keçirilməsinə dair qərarının icrasını istəyir. 

Teqlər