Yan 18, 2018 16:24 Asia/Baku
  • Netanyahu əleyhinə aksiya - Kəşmir
    Netanyahu əleyhinə aksiya - Kəşmir

Sionist İsrail rejiminin baş naziiri Benyamin Netanyahunun Hindistana səfəri bu ölkə xalqı xüsusilə də Hindistan Kəşmirinin müsəlman əhalisinin geniş etirazlarına səbəb olub. Aksiya iştirakçıları Netanyahunu dünyanın ən böyük terrorçusu adlandırıblar.

Hindistan Kəşmirinin Kargil məntəqəsi sakinləri Netanyahunu dünyanın ən böyük terrorçusu adlandırıblar.

Xalq İsrail baş nazirinin Hindistana olan səfərinə öz etirazını fəryad edir. Aksiya iştirakçıları Netanyahunun dərhal Hindistanı tərk etməsini istəyirlər.

Aksiya iştirakçılarından biri deyir: “İsrail dünyanın ən böyük terrorçusudur. Hansı ölkədə olmasından asılı olmayaraq, bütün terrorçuların arxasında birbaşa və  ya dolayısı ilə İsrail rejimi dayanır. Netanyahunun Hindistana səfər etməsi bizim üçün rüsvayçılıqdır.”

Aksiya iştirakçıları Fələstin xalqına edilən zülmə etiraz olaraq Netanyahunun müqəvvasını habelə, İsrail və Amerikanın bayrağını yandırıblar.

Aksiya iştirakçıları terrorçulara və onların  himayədarlarına Hindistanda yer olmadığını deyiblər.

Aksiya iştirakçılarından biri deyir: “Hindistan medialarında İŞİD-in cinayətləri ilə bağlı müxtəlif verilişlər yayımlanır. Digər tərəfdən terrorçuları himayə edənlər və Yaxın Şərqdə sülh və sabitliyi pozanlar Hindistana dəvət olunurlar. Bu, xalqı qəzəbləndirib.”

Aksiya iştirakçıları Netanyahunun Hindistanı tərk edəcəyi zamana kimi öz etirazlarını davam etdirəcəklərini bildiriblər. İsrailin baş naziri ötən bazar günü Hindistana səfər edib. O zamandan bəri Hindistanın müxtəlif şəhərlərində Fələstin xalqını himayə məqsədi ilə aksiyalar təşkil edilir.

Aksiya iştirakçılarından biri deyir: “Hindistanın hətta, ucqar məntəqələrində belə Netanyahu əleyhinə aksiyalar keçirilir. Biz Fələstinin məzlim xalqını himayə edir və Netanyahunun Hindistanı tərk etməsini istəyirik.”

Havanın soyuq olmasına baxmayaraq, uşaqlar da bu aksiyada böyüklərin kənarında iştirak edirdilər. Onların əllərində Fələstini himayə plakatları var idi.

 

Teqlər