Brüsseldə Trampın siyasətlərinə qarşı aksiya keçirilib
Yan 23, 2018 14:35 Asia/Baku
-
Brüsseldə Trampın siyasətlərinə qarşı aksiya keçirilib
Donald Trampın prezidentliyinin birinci ildönümü ilə bir zamanda yüzlərlə nəfər Belçikanın paytaxtında onun siyasətlərinə qarşı aksiya keçirib.
Aksiya iştirakçıları ABŞ prezidentinin bu ölkənin Paris İqlim Sazişindən çıxması, Qüdsün sionist rejmin paytaxtı elan olunması və Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinə dair siyasətlərinə etiraz ediblər.
Aksiya iştirakçıları Trampın islamofobiyası və rasizmini beynəlxalq sülh üçün təhlükəli adlandırıblar.
Aksiyaçılar "Tramp" adlı beynəlxalq problemə qarşı addımın atılmasını istəyiblər.