Mey Trampın twitinə sərt reaksiya verdi
-
Mey Trampın twitinə sərt reaksiya verdi
ABŞ prezidentinin Britaniyada ictimai müalicə xidmətlərinin vəziyyəti haqda twiti iki ölkə arasında söz qarşıdurması ilə nəticələnib.
INews internet portalının məlumatına görə, ABŞ prezidenti Donald Trampın öz Twitter səhifəsində Britaniyanın ictimai səhiyyə xidmətləri sistemini yararsız və yetərsiz adlandırması ardınca, Britaniya baş naziri Tereza Mey deyib: Bu müalicə sistemi ilə fəxr edir və bu xidmətlər ikinci dəfə dünyanın ən təhlükəsiz və ən kamil sistemi tanınmışdır.
Tramp çərşənbə axşamı günü öz Twitter səhifəsində yazıb: Britaniya vətəndaşları ölkədə qeyri-münasib səhiyyə və müalicə şəraitinə etiraz olaraq küçələrə axışıblar. Çünki Britaniyanın müalicə sistemi məğlubiyyətə uğrayıb və artıq işləmir.
Milli Səhiyyə Xidmətlərində maliyyə böhranının yaranması ilə Britaniyada səhiyyə və müalicə xidmətlərinin özəlləşdirilməsi nəzərdə tutulub. Bu məsələyə etiraz əlaməti olaraq şənbə günü minlərlə nəfər Londonda aksiya keçirib.