Tramp silah satışı haqda keçmiş mövqeyindən geri çəkildi
https://azeri.sahartv.ir/news/dünya-i296257-tramp_silah_satışı_haqda_keçmiş_mövqeyindən_geri_çəkildi
ABŞ prezidenti Donald Tramp öz keçmiş mövqeyindən geri çəkilərək müştərilərin keçmişinin daha yaxşı araşdırılması üçün silah satışı qanunlarının islah edilməsini dəstəkləyib. q
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 20, 2018 07:03 Asia/Baku
  • Tramp silah satışı haqda keçmiş mövqeyindən geri çəkildi

ABŞ prezidenti Donald Tramp öz keçmiş mövqeyindən geri çəkilərək müştərilərin keçmişinin daha yaxşı araşdırılması üçün silah satışı qanunlarının islah edilməsini dəstəkləyib. q

İRNA-nın məlumatına görə, Ağ Ev sözçüsü Sara Sanders bazar ertəsi günü deyib: ABŞ prezidenti silah müştərilərinin keçmişini araşdırılması üzrə federal sistemin yaxşılaşdırılması ilə bağlı səyləri dəstəkləyir. 

Trampın ABŞ-da silah satışı qanunlarını islah etməyə yaşıl işıq yandırması elə bir haldadır ki, o prezidentliyinə başladığı vaxtda ABŞ-da odlu silahları olanlara üzünü tutaraq demişdi ki, Amerikada silahları olanların hüquqlarına 8 il təcavüz sona çatıb və onların hazırda Ağ Evdə həqiqi hamisi vardır. 

ABŞ-da vətəndaş hüququnun müdafiəsi üzrə qrupların müraciətlərinə rəğmən, silah lobbisinin güclü olduğuna görə, indiyə qədər heç bir hökumət bu ölkədə silah satışına məhdudiyyət haqda qanunları tətbiq edə bilməmişdir.