Şimali Koreya "Pyonq Rey" nüvə təsisatının fəaliyyətinin dayandırılmasına hazırlaşır
https://azeri.sahartv.ir/news/dünya-i307180-Şimali_koreya_pyonq_rey_nüvə_təsisatının_fəaliyyətinin_dayandırılmasına_hazırlaşır
Şimali Koreya "Pyonq Rey" nüvə təsisatının fəaliyyətinin dayandırılması üçün texniki hazırlıq işlərinə başlanmasından xəbər verib. Bu nüvə mərkəzinin fəaliyyəti cari ayda keçiriləcək bir mərasimdə rəsmən bağlı elan ediləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 13, 2018 05:27 Asia/Baku
  • Şimali Koreya

Şimali Koreya "Pyonq Rey" nüvə təsisatının fəaliyyətinin dayandırılması üçün texniki hazırlıq işlərinə başlanmasından xəbər verib. Bu nüvə mərkəzinin fəaliyyəti cari ayda keçiriləcək bir mərasimdə rəsmən bağlı elan ediləcək.

İRNA-nın məlumatına görə, Şimali Koreyanın Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq, ölkənin şimalında yerləşən "Pyonq Rey" nüvə mərkəzinin bağlanılması üzrə texniki hazırlıq işlərinə başlanılmasından və bu zəmində lazımi şəffaflığın yaradılmasından xəbər verib. 

Şimali Koreya 23-25 may tarixində keçiriləcək rəsmi bir mərasimdə Pyonq Rey nüvə mərkəzinin fəaliyyətinin dayandırılacağından xəbər verib. 

Şimali Koreyanın öz nüvə mərkəzinin fəaliyyətini dayandırması və onu bağlaması iki Koreya başçısı arasında baş tutan sammitin ilk nəticəsi sayılır. 

Panmunjom kəndində baş tutan Şimali və Cənubi Koreya başçıları arasındakı görüşdə tərəflər Koreya Yarımadasında nüvə tərksilahı barədə razılığa gəliblər. Bu görüşdə həmçinin, "müharibənin dayandırılması müqaviləsi"nin "sülh müqaviləsi" ilə əvəz edilməsi və bütün düşmənçilik hərəkətlərinin dayandırılması barədə də razılıq əldə olunmuşdu.