Samara şəhərində üç satış mərkəzi boşaldılıb
-
Samara şəhərində üç satış mərkəzi boşaldılıb
Dünən bomba qoyulması barədə xəbərdarlıq alındıqdan sonra Rusiyanın Samara şəhərində üç satış mərkəzi boşaldılıb.
Samara, futbol üzrə 2018-ci il dünya çempionatının keçirilidiyi Rusiya şəhərlərindən biridir.
Deyilənlərə görə, bu satış mərkəzlərində bomba qoyulması təhlükəsi telefonla xəbər verilib.
Telefon təhdidləri Rusiya üçün mürəkkəb bir məsələyə çevrilib. 2017-ci ilin sentyabrından başlanmış bu təhdidlər indiyədək bu ölkənin ictimai binaları və məkanlarından 700 mindən çox insanın boşaldılmasına səbəb olubdur.
Rusiyanın təhlükəsizlik rəsmiləri bildiriblər ki, telefon təhdidləri xaricdən edilir və İŞİD terror qrupu üzvlərinin bu təhdidlərdə rolları var.
Rusiya Suriya dövlətinin rəsmi xahişinə əsasən, 2015-ci ilin ortalarından bəri bu ölkədə hərbi iştiraka malikdir. Rusiya özününü hava-kosmos bölməsindən istifadə edərək, İŞİD və Cibhətunnusrə terrorçularının mövqelərini bombalayır və suriyalı hərbçilərin quru əməliyyatlarına dəstək verir. Məhz bu məsələ Rusiyada terror təhdid və hücumlarının artmasına səbəb olubdur.