Buqdanov: İran Suriyada terrorçularla mübarizə üçün iştirak edir
https://azeri.sahartv.ir/news/dünya-i315969-buqdanov_İran_suriyada_terrorçularla_mübarizə_üçün_iştirak_edir
Rusiya prezidentinin Suriya məsələləri üzrə nümayəndəsi və bu ölkənin xarici işlər nazirinin müavini deyib: İranlı hərbi məsləhətçilər Suriya dövlətinin istəyi əsasında bu ölkədə fəaliyyət göstərirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 01, 2018 03:43 Asia/Baku
  • Buqdanov: İran Suriyada terrorçularla mübarizə üçün iştirak edir
    Buqdanov: İran Suriyada terrorçularla mübarizə üçün iştirak edir

Rusiya prezidentinin Suriya məsələləri üzrə nümayəndəsi və bu ölkənin xarici işlər nazirinin müavini deyib: İranlı hərbi məsləhətçilər Suriya dövlətinin istəyi əsasında bu ölkədə fəaliyyət göstərirlər.

İRNA-nın verdiyi məlumata görə, Mixail Buqdanov sionist Kan telekanalına verdiyi açıqlamada deyib: İranlı hərbi məsləhətçilər Suriyada terrorçularla mübarizəyə öz töhfələrini verirlər. 

Buqdanov Suriyadakı iranlı hərbi məsləhətçilərin sayının çox az olduğunu və İranın Suriyada hərbi qüvvəyə malik olmadığını vurğulayıb. 

Suriyada böhran 2011-ci ildə Səudiyyə Ərəbistanı , ABŞ və onun müttəfiqlərinin regionda balansın sionist rejimin xeyirinə dəyişməsi məqsədi ilə dəstəklədikləri terrorçu qrupların  geniş hücumu ilə başlandı ardınca rəsmi Dəməşq İrandan terrorizm ilə mübarizədə yardımçı olmasını istədi. 

Suriya ordusu 2017-ci il 19 noyabrda İran İslam Respublikasının hərbi məsləhət yardımları ilə İŞİD-in bu ölkədəki son fəaliyyət ərazisi olan Bukamal şəhərini də azad etdi.