Rusiya Suriyada sabitliyin yaradılmasında İranın rolunun önəmini vurğulayıb
Rusiyanın müdafiə naziri vurğulayıb ki, mühüm regional bir oyunçu olan İran Suriyada sabitliyin yaradılmasında böyük rol oynayır.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu gün İtaliyada çıxan "İl Cornale" qəzeti ilə müsahibədə deyib: İran Türkiyə və Rusiya ilə yanaşı, Astana prosesində Suriyada atəşkəsə zəmanət verən ölkələrdən biridir ki, onun əsas hədəfi, Suriya böhranı üçün həll yolu barədə bir razılaşmaya nail olmaqdır.
Şoyqu sonra Moskva-Vaşinqton əlaqələrindəki gərginliklərin artmasına toxunaraq, deyib ki, bu gərginlikləri bəzi Amerika elitası qəsdən və tamamilə saxta şəkildə yaradıbdır.
Rusiyanın müdafiə naziri əlavə edib: Vaşinqton deyir ki, Amerika Yaxın və Uzaq Şərqdə düşmənlərə malikdir, amma Rusiyanın sərhədləri yaxınlığında öz hərbi qüvvələri və bazalarını yerləşdirir.
Rusiyanın bu yüksək vəzifəli hərbi rəsmisi vurğualyıb: Vaşinqtonun Rusiyanın qısa və orta mənzilli raketlər barədəki paktı pozmasına dair ittihamları qaranlıq və əsassızdır və əslində hazırda həmin paktı pozan tərəf, xüsusən öz qüvvə və təchizatlarını Avropada yerləşdirən Amerikanın özüdür.