AB Google şirkətini cəzalandırır
Avropa Birliyi Google şirkətinə qarşı bir neçə milyard avroluq cəriməyə hazırlaşır.
Avropa Birliyinin rəqabət qanunlarının görməməzliyə vurulduğuna görə tətbiq edilən bu cəza, çoxlarına görə Avropa ilə Amerika əlaqələrini daha da gərginləşdirə bilər.
Avropa komissarı Marqaret Vestager dünən gefcə Google şirkətinin icraçı direktoru Sandar Piçay ilə telefon söhbətində ona bu qərar barədə məlumat verib. Google şirkətinə qarşı bu cərimənin səbəbi şirkətin dünyanın birinci axtarış mühhəriki olaraq öz üstünlüyündən öz məhsullarının satışı üçün su-istifadə etməsidir.
Google-in internet satışı bölməsi Google Şapinq adlanır və öz məhdullarını axtarışda ilk səhifədə yerləşdirir və beləliklə bu şirkət öz üstünlüyündən su-istifadə edir.
Avropa qanunlarına görə, Google şirkətinə qarşı cərimənin məbləği şirkətin maliyyə dövriyyəsinin 10 faizini təşkil edə bilər. Bu rəqəm 2012-ci ildə 110.9 milyard dollar təşkil etmişdi.