London polisi Britaniya parlamentinə avtomobillə hücumu terror aktı adlandırıb
-
London polisi Britaniya parlamentinə avtomobillə hücumu terror aktı adlandırıb
London polisi bildirib: Bu gün səhər avtomobillə Britaniya Parlamentinə olunan hücum terror aktı hesab olunur.
Röyters İnformasiya Agentliyinin məlumatına görə, Britaniya polisi çərşənbə axşamı günü bildirib: Terror aktları törətməkdə şübhəli bilinən 30 yaşlı şəxs saxlanılıb.
Həmin şəxs avtomobili Britaniya parlamentinin qarşısındakı maneələrə çırpdıqdan və bir neçə piyadanı yaraladıqdan sonra saxlanılıb.
Polis həmin şəxsin avtomobilində başqa şəxsin və ya silahın tapılmadığını deyir.
London polisinin anti-terror departamenti bu hadisə haqda araşdırmaya başlayıb.
Məlumatlara görə, Kibri adlı kabinetin üzvlərinin fövqəladə iclası bu gün keçiriləcək.
Britaniyanın əksər nazirləri və yüksək səviyyəli rəsmilrəi yay istirahətindədirlər və baş nazir Tereza Mey isə İsveçrədə səfərdədir.
Ötən il də avtomobilin Parlament binasına çırpılması nəticəsində 6 nəfər ölmüş, 49 nəfər yaralanmışdı.