Avq 23, 2018 08:50 Asia/Baku
  • Trampın keçmiş vəkili yenidən məhkəməyə çağırılıb
    Trampın keçmiş vəkili yenidən məhkəməyə çağırılıb

Nyu-York ştat məhkəməsinin prokurorları ABŞ prezidentinin keçmiş vəkilini Tramp fondu barədə istintaq əməliyyatı çərçivəsində məhkəməyə çağırtdırıblar.

CNBC-nin verdiyi məlumata görə, Nyu-Yorkun vergi və maliyyə idarəsinin sözçüsü Ceyms Qazel dünən deyib: ABŞ prezidenti Donald Trampın keçmiş vəkili Maykl Kohen çərşənbə axşamı etdiyi etiraflar və ifşalarla əlaqədar bir daha məhkəməyə çağırılıb. 

Trampın yaxın adamları ilə əlaqədar ən qalmaqallı hadisə olaraq Mayk Kohen və Trampın 2016-cı il seçki kampaniyasının keçmiş rəhbəri Paul Manafort məhkəməyə çağırıldılar və müxtəlif mövzularda cinayətkar kimi tanındılar yaxud öz qanunsuz əməllərinə etiraf etdilər. 

Vergidən yayınmaq, Banka qarşı fırıldaq, seçki kampaniyası üçün qanuni miqdardan əlavə maliyyə yardımları toplamaq və seçki qərargahı üçün qeyri-qanuni qaynaqlardan istifadə etmək Kohenin etiraf etdiyi cinayətlərdir. Bu cinayətlər arasında ən azı ikisi Tramp ilə birbaşa əlaqədədir.

Manafort və Koyenin işi ilə əlaqədar məhkəmə Tramp ilə Rusiyanın əlbir olması mövzusundakı işin xüsusi müstəntiqi Robert Mullerin araşdırmalarının ardınca reallaşan ilk məhkəmə işi hesab olunur. 

Baş verən son hadisələrlə Tramp hər zamandan daha çox demokratların impiçment cəhdləri ilə qarşı-qarşıyadır.

Teqlər