Amerikalılar Vaşinqtonun militarist siyasətlərinə etiraz ediblər
Okt 22, 2018 10:25 Asia/Baku
Yüzlərlə amerikalı ABŞ-ın militarist və təcavüzkar siyasətlərinə etiraz olaraq, Vaşinqtonda, Müdafiə Nazirliyinin binası yaxınlığında aksiya keçirib.
İRNA-nın məlumatına görə, yüzlərlə nəfər Vaşinqtonda Pentaqonun yaxınlığında aksiya keçirərək, bütün amerikalı hərbçilərin ölkəyə qaytarılmasını və ABŞ-ın xarici ölkələrdəki bütün hərbi bazalarının bağlanılmasını istəyiblər.
Aksiya iştirakçıları ABŞ-ın hərbi büdcəsinin davamlı olaraq artırılmasına etiraz ediblər.
Bu etiraz aksiaysının təşkilatçılarından olan Sindi Şahinin oğlu 2004-cü ildə İraq müharibəsində həlak olub. O, Ərəbistanın Yəməndəki cinayətlərinə işarə edərək, deyib: ABŞ hökuməti Ərəbistanın cinayətlərini himayə edir.