Tramp etiraf etdi: Ərəbistan vəliəhdi Qaşıqçının qətlə yetirilməsində müqəssirdir
https://azeri.sahartv.ir/news/dünya-i326480-tramp_etiraf_etdi_Ərəbistan_vəliəhdi_qaşıqçının_qətlə_yetirilməsində_müqəssirdir
ABŞ prezidenti Ərəbistan vəliəhdi Məhəmməd Bin Salmanın jurnalist Camal Qaşıqçının qətlə yetirilməsində rola malik olduğunu təsdiq etdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 24, 2018 10:41 Asia/Baku
  • Tramp etiraf etdi: Ərəbistan vəliəhdi Qaşıqçının qətlə yetirilməsində müqəssirdir
    Tramp etiraf etdi: Ərəbistan vəliəhdi Qaşıqçının qətlə yetirilməsində müqəssirdir

ABŞ prezidenti Ərəbistan vəliəhdi Məhəmməd Bin Salmanın jurnalist Camal Qaşıqçının qətlə yetirilməsində rola malik olduğunu təsdiq etdi.

Əl-Cəzirə informasiya kanalı bu gün çərşənbə bildirib: ABŞ prezidenti Donald Tramp ərəbistanlı jurnalist Camal Qaşıqçının İstanbulda Ərəbistanın Baş Konsulluğunda qətlə yetirilməsi və bu hadisənin gizlədilməsini "tam bir rüsvayçılıq" adlandırıb. 

Donald Tramp Ərəbistan vəliəhdi Məhəmməd Bin Salmanın jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi hadisəsindəki rəftarını tarixin ən eybəcər fırıldaqçılığı adlandırıb. 

ABŞ prezidenti Ərəbistanın Qaşıqçı olayındakı rəftarını qınamasına baxmayaraq, hələ də Ər-Riyada silah satışını dayandırmaq istəmədiyini bildirib.