Rusiyada 18 İŞİD terrorçusu həbs edildi
https://azeri.sahartv.ir/news/dünya-i326690-rusiyada_18_İŞİd_terrorçusu_həbs_edildi
Rusiyanın Federal Təhlükəsizlik Xidməti terror aktı planlaşdırmaqda ittiham edilən 18 nəfərin həbs olunmasından xəbər verib. Bu şəxslər İŞİD ilə əlaqəyə malik olmaqda ittiham edilirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 30, 2018 16:59 Asia/Baku
  • Rusiyada 18 İŞİD terrorçusu həbs edildi
    Rusiyada 18 İŞİD terrorçusu həbs edildi

Rusiyanın Federal Təhlükəsizlik Xidməti terror aktı planlaşdırmaqda ittiham edilən 18 nəfərin həbs olunmasından xəbər verib. Bu şəxslər İŞİD ilə əlaqəyə malik olmaqda ittiham edilirlər.

Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Rusiyanın Federal Təhlükəsizlik Xidməti bu gün çərşənbə axşamı bildirib: Tatarıstan Respublikasında məxfi fəaliyyətə malik olan bir terror qrupunun üzvləri Rusiyada planlaşdırdıqları terror aktının ardınca ölkəni tərk etməyə çalışırmışlar.

Bu məlumata görə, İŞİD-ə bağlı olan bir terror dəstəsi Moskvada terror aktı törətməyi planlaşdırırmış Amma, təhlükəsizlik qüvvələri onların bu cəhdini nakam qoyublar.

Rusiyanın Federal Təhlükəsizlik Xidməti həmçinin bildirib: 2018-ci ildə Rusiyada təqribən 30 terror aktı zərərsizləşdirilib.

Rusiyanın Suriyada terrorçulara qarşı savaşda iştirakıın ardınca Rusiya əleyhinə terror fəaliyyətləri artıb. Buna görə də Rusiyada təhlükəsizlik tədbirləri gücləndirilib.