Belçikada etiraz aksiyası; 100 nəfər saxlanıldı
Bu gün səhər Belçikanın Fransa ilə sərhəd məntəqələrinə yaxın ərazilərdə, xüsusilə Flander məntəqəsində aksiya iştirakçıları şose yolunu bağlayıblar. Belçika polisinin müdaxiləsi ilə qarşıdurmaya çevrilən etiraz aksiyasında yüzə yaxın insan saxlanılıb.
Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Brüssel polisi Avropa təşkilatları və beynəlxalq qrumların qərargahlarının yerləşdikləri məntəqələrdə xüsusi yoxlama-buraxılış postları yaradaraq, avtomobillər və hətta, adi insanların bu məntəqəyə daxil olmasını önləyib.
Fransadan başlayan kapitalizm əleyhinə etiraz dalğası Belçikaya da sirayət edib. Xüsusilə Fransa ilə sərhəd məntəqədə yerləşən Valoniyada etirazlar ciddi hal alıb.
Cari ilin 30 noyabrında Brüsseldə yüzlərlə nəfərin iştirak etdiyi etiraz aksiyası polisin müdaxiləsi ilə qarşıdurmaya çevrilmişdi. Bu hadisədə 2 polis maşını yandırılmışdı.