Fev 28, 2019 18:56 Asia/Baku
  • Ticarət çəkişmələrinin şiddətlənməsi haqda Fransadan ABŞ-a xəbərdarlıq
    Ticarət çəkişmələrinin şiddətlənməsi haqda Fransadan ABŞ-a xəbərdarlıq

Fransanın maliyyə naziri ticarət çəkişmələrinin şiddətlənməsi haqda ABŞ-a xəbərdarlıq edib.

Fransanın maliyyə naziri Bruno Lumer Parisdə Amerikanın xəzinədarlıq naziri Stivevn Menuçinlə görüşdə Vaşinqtondan istəyibdir ki, düşünülməmiş hərəkətlərlə iki ölkə, eləcə də Avropa Birliyi arasındakı ticarət çəkşmələrini qızışdırmasın.

Lumer ötən aylar ərzində dəfələrlə ABŞ prezidenti Donald Trampın Avropa ölkələrinə qarşı iqtisadi siyasətlərini tənqid edibdir.

Tramp dövləti Avropa, Kanada və Meksikadan polad idxalına 25, həmin ölkələrdən alüminium idxalatına isə on faiz rüsum tətbiq edibdir.

Avropa da Amerikanın bu hərəkətinə cavab olaraq, üç milyard iki yüz milyon dollar dəyərində olan amerikan məhsullara, o sıradan içki, paltar və motosikletə rüsum tətbiq edibdir.

Teqlər