Fransada sindikatlar tətil elan ediblər
Mart 20, 2019 10:17 Asia/Baku
Fransada məktəblilər, müəllimlər və dövlət sektoru işçiləri sindikatlarının üzvlərindən ibarət minlərlə adam tətil və etiraz aksiyası keçirərək əməkhaqlarının artırılması və məişət vəziyyətlərinin yaxşılaşdırılmasını tələb ediblər.
İRNA-nın verdiyi məlumata görə, bu aksiya dünən Paris və Fransanın bir neçə digər şəhərlərində keçirilib.
Bu etiraz aksiyaları elə bir şəraitdə keçirilir ki, sarı jiletlilər aylardır Fransa prezidenti Emanuel Makronun iqtisadi siyasətlərinə qarşı etirazlarını davam etdirməkdədirlər.
Fransa ötən milad ili 17 noyabrdan bəri hökumətin siyasətlərinə qarşı xalq etirazlarının şahididir.