Sionist rejimin Fransadakı müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
Mart 22, 2019 20:14 Asia/Baku
Fransanın Xarici İşlər Nazirliyi İsrilin Parisdəki müvəqqəti işlər vəkilini sionist rejimin təhlükəsizlik qüvvələrinin Qüdsdə bir fransız instituta girmələri barədə izahat vermək üçün çağırıb.
FransPress-in verdiyi məlumata görə, Fransa XİN-i bu gün bir bəyanatda sionist rejimin təhlükəsizlik qüvvələrinin frasnzız instituta daxil olaraq oradakı tədbiri ləğv etmələrini qəbuledilməz adlandırıb.
Bəyanatda deyilir: Bu kimi hərəkətlər Fransanın Qüdsdəki mədəni fəaliyyətlərinə ciddi və qəbuledilməz zərbədir.
Fransa XİN-i həmçinin Trampın sionist rejimin Cövlan hündürlüklərinə hakimiyyətinin rəsmən tanınması barədəki son bəyanatına da münasibət bildirib: " Bu kimi mövqe beynəlxalq qanunlar və əməkdaşlıqlara ziddir. "