Mart 29, 2019 21:30 Asia/Baku
  • Yeni Zelandiya məscidlərinə hücum qurbanlarının anım mərasimi keçirilib
    Yeni Zelandiya məscidlərinə hücum qurbanlarının anım mərasimi keçirilib

Martın 15-də Yeni Zelandiyanın Kraysçörç şəhərindəki məscidlərə qarşı son terror hücumunda həlak olanların anım mərasimi güclü təhlükəsizlik tədbirləri altında keçirilib.

20 mindən çox insan bu gün bu mərasimdə iştirak edib.

Yeni Zelandiyanın baş naziri Casinda Ardern bir daha həlak olanların ailələrinə başsağlığı verərək, deyib ki, bu qurbanlar daha yaxşı yaşayış ümidi ilə Yeni Zelandiyaya gəlmişdilər.

Yeni Zelandiyanın Kraysçörç şəhərində yerləşən Linvood və Əlnur məscidlərinə qarşı terror hücumunda 52 nəfər həlak oldu, 47 nəfər də yaralandı.

Teqlər