Paris Amerikanın diktələrini əsla qəbul etməyəcək
Fransanın iqtisadiyyat və maliyyə naziri vurğulayıb ki, bu ölkə heç vaxt Amerikanın diktələrini qəbul etməyəcək.
Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mer "Fiqaro" qəzeti ilə müsahibədə deyib: Avropa iqtisadiyyat sahəsində ABŞ və Çinin yaratdıqları problemlər qarşısında dayana və istehsal və texnologiyanın inkişafı sahəsində öz layihələrini həyata keçirə blməlidir.
Fransanın iqtisadiyyat və maliyyə naziri vurğulayıb ki, Fransa Amerikanın, bu ölkənin qanunlarının onun sərhədlərindən kənarda icrası üzrə tələblərini heç vaxt qəbul etməyəcək.
Fransa prezidenti Emmanuel Makron da bundan öncə müştərək və müstəqil Avropa ordusunun yaradılması ideyası ilə çıxış edərək, Avropanın Amerika qarşısında istiqlaliyyətini istəmişdi. Bu ideya Almaniya kansleri Angela Merkelin rəğbəti, ABŞ başçılarının isə hiddəti ilə üzləşmişdi.