Türkmənistan prezidenti xəzəryanı ölkələrin iki təhlükəsizlik protokoluna imza atıb
May 12, 2019 19:27 Asia/Baku
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov xəzəryanı ölkələrin 2018-ci ilin avqustunda razılığa gəldikləri iki təhlükəsizlik protokoluna imza atıb.
Beş sahilyanı ölkənin dövlət başçıları 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzər dənizinin hüquqi statusu konvensiyasını imzaladılar. Bu konvensiyanın mühüm hissəsi Xəzər məntəqəsinin təhlükəsizlik mexanizmləri, xüsusən xarici hərbi qüvvələrin bu hövzədə iştiraklarına aid olubdur.