3 fransız jurnalist 5 il həbsə məhkum edildi
May 18, 2019 21:24 Asia/Baku
3 fransız jurnalist məxfi məlumatları və Səudiyyə koalisiyasının Yəmənə qarşı savaşına dair hərbi sirləri ifşa etmək ittihamı ilə 5 il azadlıqdan məhrum olundu.
Raşa Tudey bildirir: Məhkəmə qərarına əsasən "Disco Lease" internet portalının jurnalistləri Jufre Livolsi və Matias Destal habelə, Fransa radiosunun jurnalisti Benoit Collombat 5 il azadlıqdan məhrumetmə və 75 min avro nağd cərimə cəzasına məhkum ediliblər.
Bu fransız jurnalistlər məxfi sənədləri icazəsiz olaraq ələ keçirməkdə və milli maraqları təhlükəyə atmaqda ittiham olunurlar.
Bu məlumata görə, Fransanın Hərbi İnformasiya İdarəsinin məxfi məlumatlarının ifşa edilməsindən aydın olur ki. Fransa hökuməti Ərəbistana silah satışı məsələsində öz xalqını aldadıb.