Fransa- etiraz aksiyalarının rekordçusu
Fransada sarı jiletlilər hərəkatının etirazlarının başlanmasından altı ayın keçməsinə rəğmən, bu ölkə hələ də Emmanuel Makron hökumətinin iqtisadi siyasətlərinə qarşı etiraz aksiyalarının şahididir və statistik araşdırmalar göstərir ki, bu ölkənin müxtəlif şəhərlərində, xüsusən Parisdə hər gün orta hesabla 265 toplantı və aksiya keçirilibdir.
Fransa daxili işlər nazirliyinin statistikasına və bu ölkə mediaları tərəfindən aparılmış statistik araşdırmalara əsasən, sarı gödəkçəlilərin etirazlarının ötən il noyabrın 17-dən başlanmasından bəri etirazçılar tərəfindən Fransa hökumətinin iqtisadi siyasətlərinə qarşı 47 min 695 aksiya keçirilibdir.
"Frans İnfo" son aylarda Fransada keçirilmiş etiraz aksiyalarının vəziyyəti barədəki statistik hesabatda yazıb: Rəqəmlər göstərir ki, etirazların ilk günündə azı 282 min nəfər aksiyaçı küçələrə çıxmışdı ki, bu rəqəm noyabrın 24-də 166 min nəfərə çatdı və ondan iki həftə sonra `136 min aksiyaçı qeydə alındı.
Fransa polisinin son altı ayda yüzlərlə kameranın gözündən gizli qalmamış aksiyaçılarla zorakı və sərt rəftarı da bu etirazlar zamanı azı iki min 448 nəfərin yaralanması ilə nəticələnibdir.
"Frans İnfo" öz reportajında yol qəzaları daxil olmaqla etirazlarla bağlı hadisələrdə Fransa vətəndaşlarından on bir nəfərin ölümünə işarə edərək, yazıb: Bu rəqəm xalqın iqtisadi və məişət vəziyyətinin yaxşılaşdırılması məqsədilə təşkil olunmuş bir ictimai toplantı üçün misilsiz bir rekorddur.