Rəy sorğusu: Emanuel Makron siyasətlərini dəyişməlidir
May 28, 2019 15:15 Asia/Baku
Fransanın hakim partiyasının Avropa Parlamentinə seçkilərdə məğlub olmasının ardınca fransızların 72%-i prezidentin siyasətlərinə dəyişiklik etməsini istədi.
Sputnik-in bildirdiyinə görə, "Odoxa Dentsu" müəssisəsinin apardığı rəy sorğusuna əsasən fransızların 63%-i prezident Emanuel Makronun partiyası olan hakim "İrəli, Respublika" partiyasının məğlubiyyətini prezidentin məğlubiyyəti hesab edib.
Respondentlərin 36%-i isə bunun əksini düşündüyünü bildirib.
Avropa Parlamentinə seçkilər 23-26 may tarixində Avropa Birliyinə üzv 28 ölkədə keçirilib. Xüsusilə Fransa və Britaniyada seçicilərin iştirak səviyyəsi ötən 20 ildə ən yüksək səviyyədə olub.